Rusiya Xarici İşlər Nazirliyi Avropa Birliyinin (AB) Rusiyaya qarşı qəbul etdiyi sanksiya qərarına cavab olaraq, Almaniya təhlükəsizlik və kəşfiyyat orqanlarının bəzi rəhbər şəxslərinin ölkəyə girişinə qadağa qoyduğunu açıqlayıb.
Teleqraf.com xəbər verir ki, açıqlamada rəsmi Berlinin 2015-ci ildə Almaniya Bundestaqına edilən kiber hücumda Rusiyanın rolunun olduğunu iddia etdiyi xatırladılıb.
Bundan AB tərəfindən Rusiyaya qarşı yeni birtərəfli sanksiya paketi üçün bəhanə olaraq istifadə olunduğunun iddia edilən açıqlamada vurğulanıb ki, AB Şurası oktyabrın 22-də iki Rusiya vətəndaşı və bir rus şirkətinə sanksiya tətbiq edib.
Açıqlamada AB-nin sanksiya qərarına cavab olaraq rəsmi Moskvanın Rusiya ərazisinə girişi qadağan olunan Almaniya vətəndaşlarının siyahısını genişləndirmək qərarına gəldiyi qeyd olunub.
Rusiyanın Almaniyanın müdafiə sisteminin bir hissəsi olan təhlükəsizlik və kəşfiyyat orqanlarının bəzi yüksək səviyyəli şəxslərinin diplomatik qarşılıqlı əlaqə prinsipinə uyğun olaraq giriş qadağası siyahısına daxil etdiyi vurğulanıb.
Açıqlamada sanksiya siyahısına daxil edilmiş şəxslərin adları bildirilməyib.
Almaniya Bundestaqı 2015-ci ildə kiber hücumlara məruz qalıb və sözügedən qurumun İT infrastrukturu çöküb.