ABŞ-ın Kolorado ştatında COVID-19-un mutasiyaya uğramış növünə ilk yoluxma qeydə alınıb.
Teleqraf.com xəbər verir ki, epidemiyanın bu növünün Kolorado əyalətində daha sürətli yayıldığı bildirilir.
Kolorado səhiyyə işçiləri mutasiyaya uğrayan və daha sürətli yayılan virus növünə ştatın Denver şəhərinin cənub-şərqindəki Elbert bölgəsində 20 yaşlı bir oğlanda rast gəlindiyini açıqlayıb.
Əyalət valisi Jared Polis “Twitter” hesabında İngiltərədə aşkarlanan COVID-19-un mutasiyaya uğrayan B.1.1.7 növünün eynisinin Koloradoda da aşkarlandığını yazıb. O, virusa yoluxmuş şəxsin səyahət tarixçəsi olmadığını deyib: “Bu şəxs bu günə qədər heç kimlə sıx təmasda olmayıb, ancaq səlahiyyətlilər mümkün halları və əlaqələri müəyyənləşdirməyə çalışırlar”.
Qeyd edək ki, İngiltərədə COVID-19-un daha sürətli yayılan növü bu günə qədər ən azı 17 ölkədə tapılıb.