30 Dekabr 2020 12:52
654
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarabağ məsələsi tarixi bir məsələ oldu, Azərbaycan meydana çıxdı və öz haqqını geri aldı.

Teleqraf.com-un məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilin yekunları barədə danışarkən deyib.

O bildirib ki, Türkiyə bu məsələdə öz dəstəyini əsirgəməyib:

"Sadəcə dost olduğumuz üçün deyil, həm haqlı tərəf olduqları üçün dəstək verdik. Azərbaycana dəstəyimiz davam edəcək. Ötən gün Lavrovla da bu məsələni müzakirə etdik. Ermənistan atəşkəsə riayət edərsə, münasibətlər normallaşa bilər. Bu normallaşmadan Ermənistan və erməni xalqı faydalanacaq".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər