30 Dekabr 2020 14:38
455
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Luiziana ştatından seçilmiş senator, Respublikaçılar Partiyasının üzvü Luk Letlou koronavirus infeksiyasına yoluxma nəticəsində vəfat edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Luiziananın qubernatoru Bel Edvards Tvitterdə məlumat açıqlayıb.

“Həyat yoldaşım və mən ağır kədərlə Konqresin seçilmiş üzvü Luk Letlounun COVID-19 səbəbindən vəfat etməsi ilə əlaqədar onun ailəsinə başsağlığı veririk”, – deyə o yazıb.

Luk Letlou 41 yaşında idi.


Müəllif: Səxavət

Oxşar xəbərlər