Karolina Pansersin oyunçusu Russell Okunq əməkhaqqının yarısını bitkoinə çevirib.
Teleqraf.com xəbər verir ki, Russell Okunq 13 milyon dollarlıq əməkhaqqının 50 faizini bitkoinə çevirəcəyini açıqlayıb.
Razılaşmaya əsasən, oyunçuya dollarla ödəmələr etməyə davam edəcək.
Liqa sözçüsü bildirib ki, NFL oyunçularının əməkhaqqısı ABŞ dolları ilə ödənilir, oyunçu özü daha sonra bitkoinə çevirir.
Məlumat üçün bildirək ki, Russell Okunq ötən ilin may ayında Tvitter hesabından bitkoinlə ödəniş etmək istədiyini bildirmişdi.
Qeyd edək ki, son sutkada bitkoinin dəyəri 6.33 faiz artaraq 28,5.53 dolara yüksəlib. Ümumilikdə kriptovalyutanın qiyməti bu il təxminən dörd dəfə artıb.