31 Dekabr 2020 08:05
457
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikalı mütəxəssislər Kaliforniya ştatında əvvəllər İngiltərədə aşkar edilmiş yeni koronavirus ştammına ilk yoluxma halını qeyd aldılar.

Teleqraf.com xəbər verir ki, bu barədə ştat qubernatoru Gevin Nyusom ABŞ Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun direktoru Entoni Fauçi ilə söhbətində bildirib. "Dünən Koloradoda qeydə alınan yeni növ koronavirus bu gün Kaliforniyada aşkar edildi" - Nyusom deyib.

Qubernator hadisənin ştatın cənub hissəsində baş verdiyini vurğuladı, lakin nə qədər insanın yoluxduğunu açıqlamadı. ABŞ-ın baş infeksion mütəxəssisi Fauçi bu ştammın digər Amerika ştatlarında qeydə alınma ehtimalının olduğunu bildirdi.

Dekabr ayının 14-də Böyük Britaniya səhiyyə naziri Met Henkok ingilis alimlərinin bilinən ştammlardan daha sürətli yayılan yeni, mutasiyaya uğramış koronavirus növü aşkar etdiklərini deyib. Baş nazir Boris Conson yeni koronavirus mutasiyasının digər virus növlərindən 70 faiz daha çox yoluxucu olduğunu bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər