31 Dekabr 2020 22:59
3 752
12 Punto 14 Punto 16 Punto 18 Punto

Liviyalı etirazçılar Sudanın “Cancavid” və Rusiyanın “Vaqner” muzdlu qruplaşmasının hərbçilərindən qisas almaq tələbi ilə qiyamçı Haftar qüvvələrinin Cufranın Hun bölgəsindəki qərargahına basqın ediblər.

Teleqraf.com xəbər verir ki, bu barədə Liviya Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Açıqlamada bildirilib ki,sözügedən qruplaşmaların üzvlərinin Cufra şəhərində mülki insanlara intensiv hücumları səbəbindən qisas almaq istəyən liviyalı etirazçılar qərargahda saxlanılan muzdlu hərbçilərin təslim edilməsini tələb edirlər.

Etirazçılar üstünə “Qisas” yazılmış köynəklər geyinib, pankart qaldırıblar. Aksiyada altı gün əvvəl Əymən Abdullah əbu Qasisə adlı vətəndaşın 18 nəfərlik “Cancavid” qrupunun hücumu nəticəsində öldürüldüyü bildirilib.

Hun bölgəsinin sakinləri iyulun 11-də də, iki gəncin “Cancavid”in üzvləri tərəfindən öldürülməsinə etiraz etmişdilər. Həmin ay daha bir nəfər öz evinin qarşısında məlum qrup tərəfindən qətlə yetirilmişdi.

Məlumata görə, “Cancavid” və “Vaqner” kimi qruplar qiyamçı general Xəlifə Haftara maddi və hərbi dəstək verən Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) tərəfindən Liviyaya gətirilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər