Böyük Britaniyada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) rekord sayda - 55,9 min yoluxma halı qeydə alınıb.
Teleqraf.com xəbər verir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 2,5 milyon nəfərə yaxınlaşıb.
Bildirilir ki, ötən sutka koronavirusdan daha 964 nəfər ölüb, ölənlərin sayı 73,5 min nəfər təşkil edir.