1 Yanvar 2021 08:39
1 131
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) "Pfizer" və "BioNTech" şirkətlərinin birgə istehsal etdiyi koronavirusa qarşı vaksin təcili istifadə üçün tövsiyə olunan dərmanlar siyahısına əlavə edib.

Teleqraf.com xəbər verir ki, bu vaksin yeni növ koronavirus yayılmağa başlayandan sonra bu siyahıya daxil edilən ilk vaksin olub.

Məlumatda bildirilir: "Ümumdünya Səhiyyə Təşkilatı bu gün COVID-19-a qarşı "Comirnaty" vaksinini təcili istifadə üçün dərmanlar siyahısına əlavə edib və beləliklə "Pfizer" və "BioNTech" şirkətlərinin birgə istehsal etdiyi vaksin ÜST -dən təcili təsdiq alan ilk vaksin olub".

Qeyd edilir ki, müvafiq qərar vaksinin təhlükəsizliyi, effektivliyi və keyfiyyəti barədə məlumatların təhlilindən sonra qəbul edilib.


Müəllif: Teleqraf.com