1 Yanvar 2021 10:45
2 194
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” briqadasının komandanı Qasım Süleymaninin öldürülməsinin ildönümü ərəfəsində Tehrandan diqqətçəkən iddia ortaya atılıb.

Teleqraf.com xəbər verir ki, Tehran Baş Prokurorluğu İngiltərənin özəl təhlükəsizlik şirkəti “G4S”-in iranlı generalın Bağdad Hava limanına girməsi barədə ABŞ-a məlumat verdiyini və sui-qəsdi həyata keçirən dronların Ramşteyn bazasından idarə olunduğunu iddia edib.

“Bu sənəddəki vacib və diqqəçəkən amillərdən biri də Bağdad Hava limanına uçuşların təhlükəsizliyində məsuliyyət daşıyan İngiltərənin təhlükəsizlik şirkəti “G4S”-nin “Qüds” qüvvələrinin komandanının öldürülməsindəki roludur. Bu şirkətin agentləri Süleymani və dostları hava limanına girdiyi anda bu məlumatları ABŞ hərbi qüvvələrinə çatdırıblar”, - açıqlamada qeyd edilib.

Prokurorluq hesab edir ki, əməliyyatlar ABŞ və Almaniyanın birgə istifadə etdiyi Ramşetyn hərbi bazasından idarə olunub.

Əlavə edək ki, Qasım Süleymani ötən il yanvarın 3-də ABŞ hərbi qüvvələrinin Bağdada keçirdiyi hərbi əməliyyatlar nəticəsində həyatını itirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər