1 Yanvar 2021 12:01
2 057
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərə Baş naziri Boris Consonun atası Stenli Conson Breksit prosesi başa çatmadan Fransa vətəndaşlığı üçün müraciət etdiyini söyləyib.

Teleqraf.com xəbər verir ki, Stenli Conson bu barədə Fransanın “RTL” radiosuna müsahibəsində danışıb.

“Məsələ fransız olmaqdan getmir. Səhv etmirəmsə, onsuz da fransızam. Anam Fransada anadan olub, onun anası da babası kimi tamamilə fransız idi” – Stenli Conson vurğulayıb.

Vətəndaşlıq üçün müraciət etməsinin onsuz da sahib olduğunu əldə etmək məqsədi güddüyünə işarə vuran Conson bundan çox məmnun qaldığını da dilə gətirib.


Müəllif: Mənsur Rəğbətoğlu