Rusiyanın “Oxotnik” ("Ovçu") Pilotsuz Uçuş Aparatları (PUA) hava raketləri ilə təchiz edilmiş uçuş sınaqlarını həyata keçirməyə hazırlaşır.
Teleqraf.com xəbər verir ki, Rusiya PUA-ları gələn il silahlı uçuş testləri ilə çıxış edəcək.
“Oxotnik” PUA-dan ilk raket atışının 2021-ci ilin ikinci yarısında reallaşdırılması hədəflənsə də, atəş sınaqları zamanı hava raketlərindən istifadə də planlaşdırılır.
Xatırladaq ki, “Oxotnik-B” PUA-nın istehsalı üçün “Sukhoi” şirkəti ilə Rusiya Müdafiə Nazirliyi arasında 2011-ci ildə müqavilə imzalanıb.
“Oxotnik-B” Rusiyanın yeni nəsil gizli döyüş təyyarəsi “Su-57” və ABŞ-ın “X-47B” PUA-na oxşarlığı ilə də diqqət çəkir.
Birləşmiş Təyyarə Şirkəti (UAC) “Oxotnik” PUA-nın Rusiya Aviasiya Qüvvələrinə təhvil verilməsinə 2024-cü ildə başlanacağını açıqlayıb.