Şotlandiya Baş naziri Nikola Sterdcen Breksit prosesi bitdikdən sonra Avropa Birliyinə qaçılmaz bir dönüş elan edib.
Teleqraf.com xəbər verir ki, Baş nazir tezliklə Avropa Birliyinə qayıdacaqlarını bildirib:
“Şotlandiya tezliklə Avropaya qayıdacaq. İşıqları söndürməyin”.
Qeyd edək ki, bu gündən etibarən Böyük Britaniyanın Avropa Birliyini tərk etməsininin rəsmiləşməsindən sonra tərəflər arasında əməkdaşlıq və ticarət haqqında razılaşma qüvvəyə minib.
Şotlandiya Böyük Britaniyanın muxtar siyasi və inzibati hissəsidir.
2014-cü il sentyabrın 18-də Şotlandiya müstəqilliyi ilə bağlı ilk referendum keçirilib. Lakin şotlandların 55 faizi bölgənin Birləşmiş Krallıqda qalmasına səs verib, yalnız 37 faizi buna qarşı çıxıb.