Fətullah Gülənə yaxınlığı ilə tanınan türkiyəli deputat İdris Bal yeni partiya quracaqlarını açıqlayıb.
AKP-dən istefa verəndən sonra müstəqil olan Kutahyadan seçilən deputat ötən gün CHP başqanı Kamal Kılıçdaroğlu ilə görüşüb.
Görüşdən sonra mətbuat konfarnsı keçirən İdris Bal gələcəyə hesablanan, qalmaqaldan, qovğadan uzaq partiya quracaqlarını bildirib.
Partiyanın yaxın günlərdə adının açıqlanacağını deyən İ.Bal iki ilə yaxındır təşkilati işlərlə məşğul olduqlarını bildirib. O, 2015-ci ildə keçiriləcək seçkilərdə iştirak edəcəklərini də diqqətə çatdırıb.
Qeyd edək ki, Fəthullah Gülən 1995-ci ildə verdiyi müsahibəsində " Həzrəti Cəbrail də Türkiyədə partiya qursa onun partiyasını belə dəstəkləmərəm" demişdi.