Əfqanıstanın şərqindəki Nanqarhar əyalətində radikal “Taliban” silahlıları tərəfindən törədilən pusquda ən azı altı polis əməkdaşı öldürülüb.
Teleqraf.com xəbər verir ki, bu barədə “RİA Novosti”yə yerli mənbə bildirib.
Mənbənin verdiyi məlumata görə, yerli polis birləşməsi cümə günü Batikot dairəsində taliblər tərəfindən pusquya salınıb. Nəticədə komandir də daxil olmaqla altı polis həlak olub, daha dördü isə yaralanıb.