2 Yanvar 2021 15:03
7 440
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Trampın Yeni il tətilini keçirdiyi Florida ştatındakı qolf klubundan təcili olaraq Vaşinqtona qayıtması diqqətdən yayınmayıb.

Teleqraf.com xəbər verir ki, prezidentin bu addımı ABŞ mediasında müxtəlif spekulyasiyalara səbəb olub.

Trampın tətildən geri dönməsi rəqibi Co Baydenin prezidentliyinin qeydə alınacağı 6 yanvarda keçiriləcək Konqresin iclası və ya İranın ABŞ-a mümkün intiqamı ilə bağlı olduğu önə sürülür.

Qeyd edək ki, ötən il yanvarın 3-də ABŞ-ın keçirdiyi əməliyyat nəticəsində İran İnqilab Keşikçiləri Korpusunun generalı Qasım Süleymani Bağdad hava limanı yaxınlığında həlak olmuşdu.

Əlavə edək ki, yanvarın 6-da Tramp seçkilərə etiraz məsələsində sonuncu addımını atacaq. Konqres yanvarın 6-da prezident seçkilərinin nəticələrini təsdiqləyəcək. Trampda öz növbəsində tərəfdarlarını həmin gün etiraz mitinqinə səsləyib.

ABŞ-da Trampın hakimiyyətdə olduğu 4 il müddətində ilk dəfə Konqres onun veto hüququnu üstələyib. Tramp dekabrın 23-də veto etdiyi 2021-ci ilin müdafiə büdcəsi qanununu Konqres üçdə iki səs çoxluğu ilə üstələyib.


Müəllif: Cavad

Oxşar xəbərlər