22 Oktyabr 2014 10:51
797
12 Punto 14 Punto 16 Punto 18 Punto

Polşada dünyada ilk dəfə olaraq məşhur şəbəkə ensiklopediyası olan “Vikipediya”ya heykəl qoyulacaq. Hazırda abidənin inşası ilə bağlı işlər başa çatmaq üzrədir. Təxminən 2 metr hündürlüyündə olacaq kompozisiya açıq İnternet-sorğu rəmzi olan – hərflərdən ibarət yarımçıq kürəni əlləri üzərində saxlamış insanların təsvir edildiyi formada olacaq.

Abidə Polşanın Almaniya ilə sərhədi yaxınlığındakı Slubitse şəhərində ucaldılacaq. Layihə 12 min yevroya başa gəlib.

Heykəlin ucaldılması təşəbbüsü “Kolleqium Polonikum”un direktoru Kşiştof Voytsexovski tərəfindən irəli sürülüb.
Polşada “Vikipediya” çox populyardır. Belə ki, ensiklopediyada polyak dilində bir milyondan artıq məqalə var.
Monumentin açılışı cari ilin oktyabr ayının 22-nə planlaşdırılıb.

İLHAMƏ


Müəllif:

Oxşar xəbərlər