Hindistanın Baş naziri Narendra Modi ölkə hakimiyyətinin iki koronavirus peyvəndinin istifadəsinə razılıq verdiyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, baş nazir bu barədə “Twitter”də yazıb.
Qeyd edib ki, bunlar Hindistan Serum İnstitutu və yerli “Bharat Biotech” şirkəti tərəfindən istehsal olunan dərmanlardır.
N.Modi öz mesajında bunu infeksiya ilə mübarizədə “həlledici dönüş nöqtəsi” adlandırıb.
“Biz istifadə üçün təsdiqlənmiş hər iki peyvəndin Hindistanda istehsal olunmasından qürur duyuruq”, – deyə o bildirib.