3 Yanvar 2021 15:27
634
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-dan olan 11 respublikaçı senator prezident seçkilərinin nəticələrini tanımaqdan imtina edib.

Teleqraf.com xəbər verir ki, bu barədə “The Hill” məlumat yayıb.

Konqresmenlərin birgə bəyanatına görə, onlar yanvarın 6-da – Konqres tərəfindən təsdiqlənəcəkləri gün səsvermənin nəticələrinə rəsmi olaraq etiraz etmək niyyətindədirlər. ABŞ Senatının yeddi və seçilmiş dörd üzvü mübahisəli ştatlarda seçkinin nəticələrinin yoxlanılması üçün müvafiq səlahiyyətlərin veriləcəyi seçki komissiyasının yardılmasını tələb ediblər.

Qeyd edək ki, ABŞ-ın hazırkı prezidenti Donald Tramp yanvarın 6-da tərəfdarlarının etiraz mitinqi keçirəcəklərinin anonsunu verib. Mitinqin məhz harada keçiriləcəyini dövlət başçısı daha sonra elan edəcəyinə söz verib. Tramp prezident seçkisinin nəticələrinin saxtalaşdırılmasına dair bir çox dəlillər təqdim etmək niyyətində olduğunu bildirib.


Müəllif: Səxavət

Oxşar xəbərlər