Suriya ordusunun Dəraa şəhərinin Nəsib mahalına təşkil etdiyi hava hücumu zamanı 10 adam həyatını itirib.
Teleqraf.com “Sabah” qəzetinə istinadən xəbər verir ki, bu barədə Suriya İnsan Haqları Təşkilatı məlumat yayıb. Məlumatda orduya aid vertolyotun ölkənin cənubdakı Dera şəhərində yerləşən və müxaliflərin nəzarətindəki Nəsib mahalını bombardman etdiyi bildirilir.
Azad Suriya Ordusunun rejim əsgərlərinə qarşı apardığı əməliyyatlar nəticəsində Suriya ordusuna məxsus iki qırıcı təyyarə məhv edilib.
Yayılan xəbərlərdə şəhərin şimalındakı Handarat bölgəsində də şiddətli qarşıdurmaların davam etdiyi qeyd edilib.
Samir