Yəmən və Liviya Almaniyadan ümumilikdə 1,16 milyard avroluq silah alıblar.
Teleqraf.com xəbər verir ki, bu barədə Almaniya Maliyyə Nazirliyinin məlumatında qeyd edilib.
Əlavə olunur ki, Almaniyanın silah ixracatı 2020-ci ildə azalıb və 5,635 milyard avro olub. 2019-cu ildə Almaniya 8,15 milyard avroluq silah satmışdı.
2020-ci il üçün Almaniya Misirə 725 milyon avroluq hərbi ixracata icazə verib. Qətərə 303 milyon avro dəyərində silah satılıb. Küveytə satılan silahın dəyəri 23 milyon avrodan çox olub. Almanlar 2020-ci ildə Türkiyəyə 22,9 milyon avroluq silah tədarükü edib.
Bununla paralel Almaniya Səudiyyə Ərəbistanına silah ixracatına tətbiq etdiyi qadağanı daha bir il uzadıb.