Nikol Paşinyan hakimiyyətdən dərhal uzaqlaşdırılmalıdır. Çünki onun hansı şifahi razılaşmalar əldə etdiyi məlum deyil.
Teleqraf.com xəbər verir ki, bu fikirləri Respublika partiyasının funksioneri Eduard Şarmazanov deyib.
Onun sözlərinə görə, Paşinyanın hansı şifahi razılaşmalar əldə etdiyini bilmək mümkün deyil: “Problemin həlli Sünikdə və ya Tavuşda deyil, İrəvandadır. Cəmiyyət birləşməli və bu torpağı icarəyə götürən şəxsin Ermənistanı idarə etməsinə imkan verməməlidir. Hər gün yeni itkilər veririk. İndi nə təklif edirsən?. Deyirik ki, Qarabağ təslim edilibsə, 5 min qurban varsa, niyə mübarizə aparıb onu yığışdırmayaq?”.
Partiya nümayəndəsi əlavə edib ki, Nikol Paşinyan ölkə rəhbəri olduğu müddətcə Ermənistanın və erməni xalqının təhlükəsizliyinə zəmanət olmayacaq: “Təhlükəsizliyimizi bərpa etməli, dövlətçiliyimizi möhkəmləndirməliyik. Əraziləri təslim edən bu şəxsdən qurtularaq milli dəyərlərə əsaslanan milli inkişafı təmin etməliyik”.