3 Yanvar 2021 22:56
400
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniya baş naziri Boris Conson ölkəsinin Avropa İttifaqından çıxmasından sonra vəzifəsində qalacağını söylədi.

Teleqraf.com-un məlumatına görə, bunu baş nazir vəzifələrini davam etdirmək niyyəti barədə jurnalistlərin sualını cavablandırarkən deyib.

Xatırladaq ki, yanvarın biri İngiltərənin Avropa İttifaqından (Brexit) çıxmasından sonra keçid dövrü sona çatıb və tərəflər arasında əməkdaşlıq, ticarət mövzusunda razılaşma qüvvəyə minib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər