4 Yanvar 2021 13:00
2 378
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) İranın mümkün hücumlarından təsirlənməmək üçün bölgədən çəkiləcəyini elan etdiyi “USS Nimitz” təyyarə gəmisinin Yaxın Şərqdə qalmasına qərar verib.

Teleqraf.com xəbər verir ki, ABŞ müdafiə nazirinin müavini Kristoper Miller təyyarə gəmisinin xidməti yerində qalmasına qərar verdiklərini açıqlayıb.

“Mən “USS Nimitz”in İran liderlərinin Prezident Donald Tramp və digər ABŞ rəsmilərinə etdiyi təhdidlər səbəbindən köçürülməsini dayandırmağı əmr etdim. “USS Nimitz” ABŞ Mərkəzi Qüvvələri Komandanlığı bölgəsində, əməliyyat zonasında qalacaq”, - Miller qeyd edib.

Dekabrın 31-də Pentaqondan verilən açıqlamada bölgədəki “USS Nimitz” təyyarə gəmisinə İranın mümkün hücumlarından təsirlənməmək üçün ölkəyə qayıtmaq əmri verildiyi bildirilib.

ABŞ bir müddətdir İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Qüds” briqadasının komandanı Qasım Süleymaninin ölüm ildönümündə bölgədəki İran qüvvələrinin hücum ehtimalı ilə əlaqədar tədbirlər görür.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər