4 Yanvar 2021 13:48
1 028
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransada dekabrın 27-də başlayan COVID-19 peyvənd kampaniyasından bir həftə keçməsinə baxmayaraq, yalnız 450 nəfərin pevəndlənməsi sosial şəbəkələrdə lağa qoyulub.

Teleqraf.com xəbər verir ki, “Ourworldindata” saytı Fransanın dünyada COVID-19-a qarşı peyvənd kampaniyasında sonuncu olduğunu yazıb.

Məlumata görə, kampaniyaya eyni gündə başlasalar da, qonşu Almaniyada 230 mindən çox insan peyvənd edilib, Fransada bir həftə ərzində yalnız 450 nəfərə vaksin vurulub.

Hökumət yavaş gedən prosesi sürətləndirmək üçün “Vətəndaşlar Kollektivi” layihəsinə başlayacaq. Bu layihə çərçivəsində ilkin olaraq, püşkatmayla seçilmiş 35 nəfər peyvənd vurulacaq.

Prezident Emmanuel Makronun da yavaş irəliləməsindən şikayət etdiyi kampaniya sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. Sosial şəbəkə istifadəçilər hökumətin peyvəndləmə kampaniyasını hind filmlərinə (Bollivud) bənzədiblər. Püşkatmada 35 nəfərin seçilməsinin gülüş doğurduğu da hökumətin diqqətinə çatdırılıb.

Etirazlara cavab verən hökumətin sözçüsü Qabriel Attal Fransanın hamıdan fərqli bir yol izlədiyini və 6 ay davam edəcək peyvənd kampaniyasının 7 gün ərzində qiymətləndirilməsinin doğru olmadığını iddia edərək, ilk növbədə risk altındakı insanların peyvəndləndiyini deyib.

Baş nazir Jan Kasteks dekabrın əvvəlində yanvar ayında ölkədə təxminən 1 milyon insanın peyvəndlənəcəyini söyləmişdi.

Mütəxəssislərin fikrincə, Fransanın öz hədəfinə çatması üçün hər gün 32247 nəfərin peyvəndlənməsi lazımdır.

Dünən Fransada açıqlanan son rəsmi məlumatlara görə, ölkədə COVID-19 aşkarlanan insanların sayı 12489 nəfər artaraq, 2 655 728 nəfərə çatıb. Bu səbəbdən 157 nəfərin ölümü ilə Fransada insan itkisi 65 37-yə yüksəlib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər