4 Yanvar 2021 19:29
623
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran Ukraynaya məxsus təyyarənin yanlışlıqla vurulması nəticəsində həlak olanların ailələrinə 150 min dollar məbləğində təzminat ödəyəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə İranın Nazirlər Kabineti qərar qəbul edib. Qərarda deyilir ki, kompensasiya həlak olanların milliyyəti və vətəndaşlığı nəzərə alınmadan bütün ailələrə ödəniləcək.

Hadisə nəticəsində Ukrayna vətəndaşları ilə yanaşı, Kanada, Almaniya, Əfqanıstan, İsveç və İran vətəndaşları da həlak olub.

Qeyd edək ki, 2020-ci il yanvarın 8-də “Ukrayna Hava Yolları”na məxsus “Boeng-737” sərnişin təyyarəsi yanlışlıqla iranlı hərbçilər tərəfindən raketlə vurulub. Nəticədə təyyarədəki ekipajla birlikdə 176 sərnişin həlak olub.

Rəsmi Tehran hadisəyə görə məsuliyyəti üzərinə götürərək Ukraynadan üzr istəyib və həlak olanların ailələrinə kompensasiya ödəməyə razılıq verib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər