Rusiya Ukraynanın Donbas ərazisinə şəxsi heyət, silah və hərbi texnikanın göndərilməsi prosesini sürətləndirib.
Teleqraf.com unian.net-ə istinadən xəbər verir ki, bu barədə "İnformasiya Müqaviməti" Hərbi-Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Dmitri Timçuk açıqlama verib. Onun sözlərinə görə, Rusiyanın hərbi texnika və 500 hərbçisini gətirən maşın karvanı artıq Donbasa daxil olub. Timçuk hərbi texnikanın tərkibində 50 tank və zirehli texnikanın olduğunu qeyd edib.
Samir