Tacikistanın paytaxtı Düşənbə 2021-ci ildə MDB-nin mədəniyyət paytaxtı, İqtisadi Əməkdaşlıq Təşkilatı tərəfindən isə turizm şəhəri elan olunub.
Teleqraf.com xəbər verir ki, bu barədə Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsi məlumat yayıb. Qeyd edilir ki, 2021-ci il ərzində bununla bağlı Düşənbədə bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulur.
Statistik məlumata görə, hazırda Düşənbədə 37 mehmanxana, 42 əyləncə mərkəzi, 25 bazar, 91 ticarət mərkəzi, 17 mədəniyyət və istirahət parkı, 7 professional teatr, 306 müalicə-profilaktika müəssisəsi və digər xidmət sahələri fəaliyyət göstərir.
Xatırladırıq ki, 2020-ci ildə Qazaxıstanın Çimkənd şəhəri MDB-nin mədəniyyət paytaxtı olub.