6 Yanvar 2021 10:35
568
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın Tuluza şəhərində əlcəzairli imam Məhəmməd Tatayi xütbəsində müsəlmanlar və yəhudilərdən bəhs edilən “Hədis-i Şərif”i oxuduğu üçün “irqçi nifrəti qızışdırmaq” ittihamı ilə məhkəməyə verilib.

Teleqraf.com xəbər verir ki, şəhərin ən böyük məscidi olan Empalotun imamı olan Tatayi 2017-ci ildə ərəbcə xütbəsində İslam peyğəmbərinin axır zamanda müsəlmanlar və yəhudilər arasında baş verəcək hadisələr haqqında hədisini oxuyub.

İmam Tatayi antisemitizmi təhrik etdiyi üçün açılmış istintaq nəticəsində Tuluza Cinayətlər Məhkəməsinə verilib.

Məhkəmə hələ iclasın tarixlərini müəyyən etməyib.

Tatayinin vəkilləri Uilyam Bordon, Vinsent Brenqart və Jaan İqlesis ittihamın siyasiləşdirilməsinin qaçınılmaz olacağından narahat olduqlarını deyiblər.

Vəkilləri Məhəmməd Tatayinin irqçi nifrəti təhrik etmədiyini bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər