ABŞ Konqresinin keçiriləcək sessiyasında prezident seçkilərinin Co Baydenin lehinə rəsmiləşdirilməsinə etiraz edən minlərlə Donald Tramp tərəfdarı paytaxt Vaşinqtonda nümayiş keçirməyə başlayıb.
Teleqraf.com xəbər verir ki, gecə saatlarında şəhərin mərkəzində toplaşmağa başlayan etirazçılar nümayişi “Tramp üçün yürüş” adıyla keçirirlər.
Şəhər mərkəzində görülən geniş təhlükəsizlik tədbirləri diqqəti cəlb edib, minlərlə insan şəhərin mərkəzində Trampın lehinə pankartlar açıb.
Digər tərəfdən, Trampın keçmiş müşaviri Rocer Stoun da nümayişlərin keçirildiyi əraziyə gələrək prezident tərəfdarlarına müraciət edib.
Tramp da Tvitter hesabında Ağ Evin qarşısındakı Ellips Parkında tərəfdarlarına müraciət edəcəyini açıqlayıb.