6 Yanvar 2021 20:54
1 183
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanı, BƏƏ və Bəhreynlə anlaşan Qətər Türkiyəni satmayacaq. Əksinə, Türkiyə bu anlaşmadan qazanclı çıxa bilər. Qətəlrə anlaşan Səudiyyə Ərəbistanı Türkiyə və ABŞ-ın Bayden administrasiyası ilə yaxın əlaqələr qurmağa çalışacaq”.

Teleqraf.com xəbər verir ki, bunu türk köşə yazarı Taha Dağlı deyib.

O, Türkiyənin Qətəri Körfəz ölkələrinin işğal planından xilas etdiyini bildirib:

“Vaxtilə Qətərə qarşı embarqoya əlavə olaraq, BƏƏ və Səudiyyə Ərəbistanının Dohaya qarşı hərbi müdaxiləsi də gündəmdə idi. Türkiyədən verilən dəstək Qətərdə bu ölkələrə qarşı müqavimət gücünü artırdı. Qətərdəki türk hərbçiləri işğal planını həyata keçirən qüvvələrin qarşısına bir maneə kimi çıxdı. Nəticədə bu böhran dönəmində - 3.5 illik dövrdə Qətər Türkiyə ilə əlaqələrini gücləndirdi.

Hər şeydən əvvəl vurğulanmalıdır ki, 2017-ci ildən bəri Qətərin Səudiyyə Ərəbistanı ilə münasibətləri gərgin idi. Böhrandan əvvəl isə Qətərin Türkiyə ilə yaxşı əlaqələrdi vardı, indi bu əlaqələrə daha da güclüdür. Yəni xronologiyaya baxanda, Türkiyə ilə münasibətlərin gərginləşməsi Qətərin maraqlarına cavab vermir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər