Son 24 saatda Pakistanda COVID-19-a 2218 nəfər yoluxub, koronaviruslu xəstələrin ümumi sayı 492 min 594 nəfərdir.
Teleqraf.com xəbər verir ki, son gündə COVID-19-dan 52 xəstə dünyasını dəyişib, ölənlərin sayı 10 min 461 nəfərə çatıb.
Bildirilir ki, xəstəxanalarda 33 min 740 pasiyent var, onların 2 min 243-nün vəziyyəti kritikdir.
Vurğulanır ki, pandemiya dövründə ölkədə 448 min 393 koronaviruslu pasiyent sağalıb.
Pakistanda 6 milyon 923 min 857 test aparılıb.