Koronavirusa yoluxmuş Böyük Britaniya sakinləri arasında sutka ərzində qeydə alınan ölüm sayı aprel ayından bəri ilk dəfə 1000 nəfəri keçdi.
Teleqraf.com-un məlumatına görə, son 24 saat ərzində rekord 62,3 min yoluxma faktı da qeydə alınıb.
Ölkə hökuməti bildirib ki, sutka ərzində 1 041 nəfər koronavirusdan vəfat edib.
Son dəfə bu cür rəqəmlər epidemiyanın bahar dalğasının pik nöqtəsinə çatanda müşahidə olunurdu. 1224 ölüm halı ilə anti-rekord isə 21 aprel tarixində qeydə alınıb.