7 Yanvar 2021 00:07
466
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Donald Tramp Vaşinqtonda etiraz aksiyası keçirənlərə müraciət edərək, onları dinc hərəkət etməyə çağırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri özünün tvitterdəki səhifəsində yazıb.

"Xahiş edirəm, paytaxt polisimizi dəstəkləyin. Onlar həqiqətən də bizim ölkəmizin tərəfindədir. Dinc qalın!" - o tvitterdə yazıb.

Daha əvvəl mitinqdəki minlərlə tərəfdarı qarşısında çıxış edən Tramp onları Konqresə getməyə çağırıb. Etirazçılar binaya soxulublar. Parlamentin prezident seçkilərinin nəticələrini təsdiq etməli olan hər iki palatasının işi dayandırılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər