Türkiyə ABŞ-da Prezident seçkilərindən sonra yaşananları və bu gün Konqres binasına nümayişçilərin daxil olmasına qədər bütün prosesləri narahatlıqla izləyir.
Teleqraf.com-un məlumatına görə, bunu Türkiyə Xarici İşlər Nazirliyi yaydığı bəyanatında bildirib.
Nazirlik bildirib: "Türkiyə ABŞ-da bütün tərəfləri daxili siyasi böhranı qət etmək və çözmək üçün soyuqqanlı və məntiqli davranmağa çağırır".
Türkiyə XİN ABŞ-dakı vətəndaşlarına izdihamlı və etiraz aksiyaları keçirilən məkanlardan uzaq durmağı tövsiyə edib.