İsrail qırıcıları Dəməşqin cənub hissəsini bombardman edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Bəşər Əsəd rejiminə bağlı SANA agentliyi məlumat yayıb.
Paytaxt Dəməşq və ətraf bölgələrində əsasən İran İnqilab Keşikçiləri Korpusu və Livan Hizbullahına bağlı qrupların olduğu ehtimal olunur. İsrailin məhz bu obyektlərə zərbə endirdiyi güman edilir.
Bundan əvvəl Əsəd rejimi İsrailin dekabrın 30-da Dəməşqin qərbindəki Nebi Habil bölgəsini, dekabrın 25-də isə Misfay bölgəsinə raket zərbələri endirildiyini iddia etmişdi.
İsrail tərəfi isə noyabrın 18-də Əsəd rejimi və İran İnqilab Keşikçiləri Korpusuna bağlı Qüds Birqadasına aid hərbi hədəflərə hava zərbəsi endirdiyini rəsmən açıqlamışdı.