7 Yanvar 2021 09:50
971
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qanuni seçkilərin nəticələri barədə əsassız fikirlər səsləndirərək, insanların Konqres binasına hücuma təhrik edilməsi ölkəmiz üçün böyük bir utanc anı olaraq tarixə keçəcək.

Teleqraf.com xəbər verir ki, bu bəyanatla ABŞ-ın sabiq prezidenti Brak Obama Prezident Donald Trampın tərəfdarlarının Konqresə hücumunu və seçkilərin nəticələrini zorla dəyişdirmək cəhdinə münasibət bildirərkən deyib.

Sabiq prezident əlavə edib ki, bu hadisəni sürpriz kimi qəbul etməklə özümüzü aldatmış olarıq: “Respublikaçıların “hekayələri” və onları müşayiət edən media baş verənləri seçkinin nəticələri ilə əlaqələndirirdi. İndi şiddətli bir fırtınaya çevrilən nəticələri görürük”.

Digər keçmiş prezident Bill Klinton isə bəyan edib ki, bugünkü hücum qəsdən yanlış məlumat yayan, inamsızlıq səpən və amerikalıları bir-birinə qarşı yönəldən dörd ildən artıq aparılmış zəhərlənmə siyasətindən qaynaqlanır: “Məğlub olduğu seçkilərin nəticələrini ləğv etmək məqsədilə Tramp tərəfindən müxtəlif addımlar atıldı. Qızışdırılan tərafdarları isə Konqres binasına hücum təşkil edildi. Seçkilər sərbəst, hesablanma ədalətli və nəticə qəti oldu”.


Müəllif: Cavad

Oxşar xəbərlər