7 Yanvar 2021 09:32
1 030
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da Prezident Donald Trampın tərəfdarlarının Konqresin binasına hücum etməsindən sonra ölkədə faktiki siyasi böhran yaşanır.

Teleqraf.com xəbər verir ki, Trampın tərəfdarlarının Konqres binasını hücum etməsinin ardınca Ağ Evdə istefa dalğası başlayıb.

Donald Trampın xanımı Milena Trampın köməkçisi Qrişam istefa verərək Ağ Evdən ayrıldığını elan edib. Bir zamanlar Ağ Evin sözçüsü vəzifəsini daşıyan Qrişam verdiyi açıqlamada elan edib ki, vəzifəsini məmnuniyyətlə həyata keçirir, amma baş verən hadisələrdən sonra istefası qaçılmazdır.

Ağ Evin sözçüsünün müavini Sarah Mattevs də Konqres binasına hücumdan sonra istefa verdiyini açıqlayıb.

Başqa bir itefa qərarı isə Ağ Evin sosial işlər üzrə rəhbəri Rikie Nicetadan gəlib. O da hadisələr səbəbindən istefa verdiyini bəyan edib.


Müəllif: Cavad

Oxşar xəbərlər