ABŞ-ın vitse-prezidenti Mayk Pens 2020-ci il prezident seçkilərində mübahisələrə son qoyaraq demokrat namizəd Co Baydenin qalib gəldiyini rəsmən elan edib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, ABŞ Konqresi bir gün əvvəl Prezident Donald Trampın tərəfdarlarının hücumuna məruz qalıb.
Məhz bu hücumdan sonra Konqres seçilmiş prezident Co Baydenin seçki qələbəsini rəsmi olaraq təsdiqləyib.
Vitse-prezident Mayk Pens Konqresin Senatı və Nümayəndələr Palatasının ortaq iclasında Co Baydenin və Kamala Harrisin 306, Donald Tramp və Mayk Pensin isə cəmi 232 səs aldığını açıqlayıb.
Qeyd edək ki, bu ABŞ seçki sistemində faktiki sonuncu mərhələ sayılır və artıq Co Bayden ABŞ-ın yeni prezidenti hesab olunur. Yanvarın 20-dən sonra ABŞ-da Bayden dövrü başlanacaq.