Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalındakı mövqelərinə müdaxiləyə cəhd göstərən 5 terrorçu zərərsizləşdirilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.
Açıqlamada bildirilib ki, terrorçular “Sülh Çeşməsi” bölgəsindəki sabitlik və təhlükəsizliyi pozmağa cəhdlər ediblər:
“Müdaxilə cəhdlərinin qarşısı alınıb, əks-cavab tədbirləri nəticəsində 5 PKK/YPG terrorçusu zərərsizləşdirilib. “Sülh Çeşməsi” bölgəsinə hücumların baş tutmasına icazə vermədik”.