8 Yanvar 2021 09:59
619
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Tramp sosial media hesabından Konqresə edilən hücumla bağlı yeni açıqlama verib.

Teleqraf.com xəbər verir ki, Prezident Tramp bu dəfə onu dəstəkləyən və Konqresə hücum edənlərdən faktiki imtina edib.

“Konqresin binasına edilən iyrənc hücuma görə çox əsəbiyəm. Zorakı hərəkətlərə yol verənlər ölkəmizi təmsil etmirlər. Onlar bunun cavabını verəcəklər”, - Tramp bəyan edib.

Öz dəst-xəttinə əks olaraq yumşaq ifadələr işlədən Tramp yanvarın 20-də hakimiyyəti yeni seçilən komandaya sakit və sabit şəkildə ötürəcəyini xüsusilə vurğulayıb: “Prezident kimi vəzifəmi həyata keçirmək həyatımın şərəfli hissəsi oldu”.

Xatırladaq ki, yanvarın 6-da Trampın öz tərəfdarlarını motivsiya etməsi nəticəsində minlərlə insan Konqresə hücum edib.


Müəllif: Cavad

Oxşar xəbərlər