8 Yanvar 2021 09:50
530
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Trampın komandası dağılmaqda davam edir.

Teleqraf.com xəbər verir ki, Tramp hökumətinin nəqliyyat naziri Eaine Kaonun ardınca təhsil naziri Betsi Devos da komandanı tərk edib.

İstefasına dair açıqlma verən təhsil naziri bildirib ki, Konqresə ölçüsüz hücum onun üçün dönüş nöqtəsi olub. O, həmçinin bildirib ki, bu hücumun baş verməsində Donald Trampın çıxışlarının təsiri olub.

Xatırladaq ki, yanvarın 6-da Tramp tərəfdarlarının Konqresə hücumundan sonra prezidentin komandasında istefalar müşahidə edilir. Ağ Evin dörd yüksək çinli məmuru istefaya gedib.


Müəllif: Cavad

Oxşar xəbərlər