8 Yanvar 2021 11:18
2 841
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əvvəllər Türkiyə və Prezident Rəcəb Tayyib Ərdoğan əleyhinə açıqlama verən Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Xarici işlər naziri Ənvər Qarqaşdan təəccüblü açıqlama gəlib.

Teleqraf.com xəbər verir ki, ölkənin baş diplomatı BƏƏ-nin Yaxın Şərqdə Türkiyənin bir nömrəli ticarət tərəfdaşı olduğunu deyib.

“BƏƏ Türkiyənin Yaxın Şərqdə bir nömrəli ticarət tərəfdaşıdır. Türkiyə ilə problem yaşamağımızdan məmnun deyilik”, - Qarqaş bildirib.

Nazir qeyd edib ki, BƏƏ-nin Türkiyə ilə əsas problemi ikincinin ərəb ölkələri hesabına bölgədə nüfuzunu artırmaq istəyidir.

Ənvər Qarqaş ölkəsinin Türkiyə ilə normal münasibətləri davam etdirmək niyyətində olduğunu bildirib.

Qeyd edək ki, BƏƏ Aralıq dənizinin şərqindəki gərginlikdə Türkiyəyə qarşı Yunanıstanın əsas müttəfiqlərindən biridir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər