Video əlavə olunub:
***
11:00
ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi etirazçıların Konqresə basqınını “Trampın Putinə Yeni il hədiyyəsi” adlandırıb.
Teleqraf.com xəbər verir ki, spiker Prezident Donald Trampı ABŞ-ın demokratik imicinə zərbə vurmaqda ittiham edib.
“Bu prezident (Donald Tramp) Putinin əlində bir vasitədir. Prezident dünən Putinə ən böyük hədiyyəsini verdi”, - Pelosi qeyd edib.
Onun sözlərinə görə, Rusiya dünyadakı demokratiyanın rolunu azaltmağa çalışır, Tramp da ona kömək edir.
Pelosi Trampı “çox təhlükəli bir insan” adlandıraraq onu indidən prezidentlikdən uzaqlaşdırılmasına çağırış edib. Hesab edir ki, Ağ Ev administrasiyası dövlət başçısını vəzifədən kənarlaşdırmasa, Konqres impiçment təşkil edə bilər.