ABŞ-ın keçmiş birinci xanımı Mişel Obama Prezident Donald Trampın sosial şəbəkə hesablarını həmişəlik bloklamağa çağırıb.
Teleqraf.com xəbər verir ki, xanım Obama Trampın sosial şəbəkələrdən istifadə edərək, ölkənin təhlükəsizliyini təhdid etdiyini bildirib.
“Sosial şəbəkə şirkətlərinin bu dəhşətli davranışı dayandırmağının və bu adama platformalarından istifadəsini birdəfəlik qadağan etməsinin vaxtı gəlib”, - Obama vurğulayıb.
Onun sözlərinə görə, Amerika prezidenti sosial şəbəkə hesablarından insanları qarşıdurmalara təhrik etmək üçün istifadə edir.
Bundan əvvəl Feysbuk Trampın hesablarının ən azı iki həftə bloklanacağını bildirmişdi.