BƏƏ-nin Qətərlə əldə etdiyi razılığa əsasən sabahdan etibarən, 3.5 ildən bəri bağlanan bütün sərhədləri açacağı bildirilib.
Teleqraf.com xəbər verir ki, bu barədə BƏƏ-nin rəsmi agentliyi (WAM) məlumat yayıb.
Məlumatda qeyd edilib ki, rəsmi Əbu-Dabi sabahdan etibarən Qətərlə bütün hava, quru və dəniz sərhədlərini açacaq.
Səudiyyə Ərəbistanı, BƏƏ, Küveyt və Misir yanvarın 5-də Qətərə tətbiq olunan embarqonun ləğv edilməsi barədə razılığa gəlib.
Görüşdən sonra Qətərə tətbiq olunan embarqolara son qoyulması üçün razılaşma imzalanıb.