Konqresə basqından sonra Amerika icimaiyyəti bu addımın səbəbkarı kimi göstərilən Prezident Donald Trampın konstitusiyanın müvafiq maddəsinin (25) tətbiqi və ya Konqresin qərarı ilə vəzifəsindən vaxtından əvvəl azad olunmasını müzakirə edir.
Teleqraf.com “Business Insider”ə istinadən xəbər verir ki, vitse-prezident Mayk Pensin belə bir qərarın verilməsinə müsbət yanaşmadığı bildirilib.
Trampın öz səlahiyyət müddətini başa vuraraq, postunu yeni seçilmiş Prezident Co Baydenə təhvil verəcəyi 20 yanvar tarixinə az qaldığı, bu səbəbdən Pensin bu təklifdən imtina etdiyi deyilib.
Vitse-prezidentin belə bir qərarla Vaşinqtonda yeni qarşıdurmalaya yol açılacağından ehtiyat etdiyi iddia olunub.
Nəşr Mayk Pensin 2024-cü ildə keçiriləcək prezident seçkilərində namizəd olmağı planlaşdırdığını, buna görə də Trampın impiçment edilməsinin öz nüfuzuna zərbə vura biləcəyini qeyd ediblər.