9 Yanvar 2021 13:33
3 603
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qondarma “Abxaziya Respublikası”nın yarısı elektrik enerjisiz qalıb.

Teleqraf.com xəbər verir ki, bu barədə RİA Novosti agentliyi məlumat yayıb.

Məlumata görə, elektrik şəbəkəsində qəzaya Rusiya sərhədindən Suxumiyədək baş verən yanğınlar səbəb olub.

Agentliyin məlumatına görə, yanğın səbəbindən energetiklər “Psou 220” hava elektrik xəttini kəsiblər. Nəticədə Qaqra, Qudauta rayonları və Suxumi şəhəri işıqsız qalıb.

Hazırda qəzanın nəticələrinin aradan qaldırılması istiqaməsində işlər aparılır.


Müəllif: Səxavət

Oxşar xəbərlər