Qəzaya uğrayan “Boeing 737-500” sərnişin təyyarəsində həlak olanların sayı məlum olub.
Teleqraf.com xəbər verir ki, İndoneziya rəsmiləri təyyarədə 56-sı sərnişin, 6-sı ekipaj üzvü olmaqla ümumilikdə 62 nəfərin olduğunu açıqlayıb. Təyyarənin qalıqları Cakarta yaxınlığında aşkarlanıb.
CNN kanalı təyyarənin dənizə düşdüyü, sahil sakinləri və balıqçıların havada 2 partlayış səsi eşitdikləri xəbərini yayıb.
***
15:55
İndoneziyanın paytaxtı Cakartadan Qərbi Kalimantan əyalətinin mərkəzi Pantianak şəhərinə reys yerinə yetirən ölkənin “Sriwijaya Air” aviaşirkətinə məxsus təyyarə ilə rabitənin kəsildiyi açıqlanıb.
Teleqraf.com xəbər verir ki, söhbət “Boeing 737-500” avialaynerindən gedir.
Məlumata görə, təyyarə bir dəqiqədən də az müddət ərzində on min futdan çox yüksəkliyə qalxıb. Rabitə əlaqəsinin kəsilməsi uçuşdan dörd dəqiqə sonra baş verib.
İndoneziyanın Axtarış-Xilasetmə İdarəsinin nümayəndəsi Yusuf Lətif təyyarə ilə əlaqənin itdiyi barədə xəbərləri təsdiqləyib.
İlkin məlumatlara görə, hava gəmisində 50-dən çox sərnişin olub.
Daha sonra qəzaya uğradığı iddia edilən ərazidə təyyarə qalıqları və cəsəd hissələrinin tapıldığı məlum olub.
“Sinxua” Agentliyi yerli televiziyaya istinadla təyyarənin qalıqlarının və cəsədlərin tapılması barədə məlumatın sahil mühafizəsi gəmisinin kapitanı tərəfindən verildiyini qeyd edib.