22 Oktyabr 2014 20:04
747
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanında "Əl-Qaidəyə" terror təşkilatına qoşulmaqda şübhəli bilinən 13 nəfərə hökm oxunub.

Teleqraf.com itar-tass.com-a istinadən xəbər verir ki, məhkəmə şəxsləri 18 aydan 30 ilədək həbs cəzası çıxarıb. İttihamlarda “Əl-Qaidə” bu şəxsləri qrup halında Qətərə göndərməsi və burada partlayıcı maddələr hazırlanması üzrə təlimlərdə iştirak etməyə şərait yaratması qeyd olunur.

Məlumatlarda həmçinin bildirilir ki, bu qrupun üzvlərinin sayı 41 nəfərdir. Səudiyyə Ərəbistanı polisi qalan şəxslərin tapılması üzrə axtarış tədbirlərini davam etdirir.

Samir


Müəllif:

Oxşar xəbərlər